“AzerGold” QSC-nin Çovdar Qızıl Yatağının Sulfid Fazasının İstismarı Layihəsi. ƏMTQ prosesi üzrə İctimaiyyətlə Məsləhətləşmələr İclası; 7 iyun 2021-ci il, “Hyatt Regency” Oteli, “Quba” zalı, Bakı şəhəri

Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın çıxarılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri zamanı həyata keçirilən optimallaşdırma və 2018-2019-cu illəri əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın hər iki (oksid və sulfid) fazası üzrə çıxarılabilən qızıl ehtiyatı 561 min unsiyayadək artırılıb.

“AzerGold” QSC tərəfindən 2017-2021-ci illər ərzində yatağın birinci fazası – oksid mərhələsi üzrə istismar işləri tam icra edilib. Oksid fazası üzrə 243,355 unsiya həcmində qızıl hasil edilib.

“Çovdar” qızıl yatağının ikinci fazası – sulfid mərhələsi üzrə istismar işlərinə 2020-ci sentyabr ayında başlanılıb. Sulfid fazası üzrə satılabilən qızıl miqdarı 318,109 unsiya qızıl olaraq hesablanıb.

Bənzər yazılar

Каспий мелеет

или Чем грозит нам понижение уровня моря  Уникальный по разнообразию флоры и фауны Каспий – самый крупный замкнутый водоем в мире – по характеру процессов

Daha ətraflı »

Xəzər Dənizi Üzərində Körpü Tikintisi

Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi Layihəsinin Texniki–İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üçün Azərbaycan Respublikası ilə Cənubi Koreya Respublikası arasında müqavilə bağlanmışdır. Bakı buxtası üzərindən körpü inşası layihəsinin

Daha ətraflı »