Xəzər Dənizi Üzərində Körpü Tikintisi
Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi Layihəsinin Texniki–İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üçün Azərbaycan Respublikası ilə Cənubi Koreya Respublikası arasında müqavilə bağlanmışdır. Bakı buxtası üzərindən körpü inşası layihəsinin məqsədi Bakıda nəqliyyat infrastrukturunu təkmilləşdirməkdən, koreyalı mütəxəssislərin hesabına azərbaycanlı mütəxəssislərin dəniz körpüsü və yolların tikintisində təcrübəsini zənginləşdirməkdən ibarətdir. Bakı Buxtasında inşa olunacaq körpü Bakı şəhərinin mərkəzində avtomobil yollarında nəqliyyat yükünün …