Azərbaycan-Qazaxıstan Trans-Xəzər FiberOptik Kabel Layihəsi

Transxəzər Fiber Optik Kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən Rəqəmsal İpək Yolunun əsas hissələrindən biridir. Layihənin icrası Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyinin təşəbbüsü, “AzerTelecom” və “Kazakhtelecom” şirkətlərinin birgə fəaliyyəti ilə həyata keçirilir. Məqsəd, Azərbaycan üzərindən keçməklə Avropa və Asiyanı birləşdirən strateji rəqəmsal dəhliz qurmaqdır. Bu çərçivədə, Xəzər dənizinin dibi ilə Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcəkdir. Kabel saniyədə 400 terabitədək ötürmə gücünə malik olacaq və regional rəqəmsal əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.