ŞİRKƏT HAQQINDA

 

İQLİM ətraf mühitin dəyişilikləri və problemləri həllində ixtisaslaşmış çoxsahəli və dinamik tədqiqat, məsləhət və mühəndislik üzrə şirkətdir.
Sahələr arası işlər üzrə ekspertlər və mühəndislər, şirkətin davamlı və yüksək keyfiyyətli məsləhətləri ilə hər zaman müştərinin maraqları və ətraf mühit arasındakı balansı araşdırırlar.
Xidmətlər layihə təyini (dəstəkləyən məsləhət siyasəti, strateji qeydlər), (ilkin) texniki-iqtisadiəsaslandırmafazası(texniki-iqtisadi tədqiqatlar, ərazidə tədqiqatlar, Ətraf mühitin Strateji Qiymətləndirməsi, risklərin qiymətləndirilməsi, satınalmaya dəstək və s.), layihə mərhələsi (hərtərəfli mühəndislik, texniki xüsusiyyətlər, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi, icazə və s.) və işlərin icrası zamanı nəzarət və monitorinq kimi müəyyən istiqamətləri əhatə edir.
Layihə üçün xüsusi əhəmiyyət kəsb edən fakt odur ki, İQLİM bir sıra böyük Beynəlxalq layihələrin geoloji və geotexniki tədqiqatlarında ixtisaslaşmış ekspertlərlə çalışıb.
Şirkətin müştəriləri dövlət və özəl sektorların tərkibindədir, Dünya Bankı, regional və yerli hakimiyyət orqanları, dövlət qurumları, liman administrasiyası, layihə işçiləri kimi beynəlxalq təşkilatlardan ibarətdir.
İQLİM-in əsas məqsədi ətraf mühit sahəsində mükəmməl məsləhət və mühəndis xidmətlərini təmin etməkdir.
Bizim təcrübəli məsləhətçilərimiz öz bilik və yanaşma hesabına müştərilərə, insanlara və cəmiyyətə əhəmiyyətli olan dəyərləri təqdim edir.
Buməqsədlərimizə biz:
• ən yaxşı həllərin tapılmasına müştəri və maraqlı tərəflərin cəlb edilməsi;
• qlobal və yerli olaraq mühəndislik, iqtisadiyyat və ətraf mühit elminə əsaslanaraq bilik və təcrübənin tətbiq edilməsi;
• müştəri, əməkdaş və maraqlı tərəflər üçün rifah və imkanların yaradılması yolları ilə nail oluruq. Biz davamlı təşkilat olmağımızı planlaşdırırıq.
Məqsədimiz – göstərdiyimiz xidmətlər sahəsində müştərilərimizə və biznesimizini nkişafı yolunda sosial, ekoloji və iqtisadi dəyərlərin yaradılmasıdır.
Bizim şirkət öz müştərilərinə məsləhət vermək və davamlı həllər təklifini təqdim etmək üçün bütün imkanlarını bir yerə cəmləyir.