Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq üçün prioritet sahələr Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən 2007-2013 cü illər üzrə Ölkə Strategiyası Sənədində Avropa Qonşuluq və Partnyorluq İnstrumentinə müvafiq olaraq razılaşdırılıb. Qarşılıqlı surətdə razılaşdırılmış AB/Azərbaycan Fəaliyyət Planı Beynəlxalq və Avropa norma və prinsiplərinə uyğun şəkildə birgə müəyyənləşdirilən prioritetləri icra etməkdə Azərbaycanın öhdəçiliyini göstərir. Plan su idarə olunması daxil olmaqla əsas ətraf-mühit sektorları üçün prioritet fəaliyyəti müəyyən edib. Avropa Birliyində ətraf-mühit qanunvericiliyinin ən mühüm sahələrindən biri yeni Daşqın Direktividir. Bu sənəd Avropa Birliyində su ehtiyatlarının idarə olunmasının əsas prinsiplərini, eləcə də əsas məqsədlərini və icra planını müəyyən edir.
Aİ Direktivinin Daşqın riskini qiymətləndirmə və idarə olunmasına əsasən [2007/60/EC] (adətən “Daşqın Direktivi” adlanır) geniş sutoplayıcı hövzə səviyyəsində layihənin həyata keçirilməsində ilk addım kimi, 4-cü maddəyə uyğun olaraq, ilkin daşqın riskinin qiymətləndirilməsi (İDRQ) və ciddi potensial daşqın riskləri, və ya ehtimal olacağı ərazilərin müəyyən edilməsidir (Direktivin 5-ci maddəsinə uyğun olaraq, potensial əhəmiyyətli daşqın riski deyilən sahələr).
”3-cü pilot layihənin konsepsiyası – Zəyəmçay hövzəsi üzrə Aİ Daşqın Direktivinin icrası (Mərkəzi Kür Hövzəsi ərazisi, Azərbaycan)” layihəsi Azərbaycanda Daşqınlar üzrə Direktivin ilk işidir və pilot layihə üçün Çay Hövzəsinin İdarəetmə Planının inkişafı ilə birlikdə həyata keçirilmişdir.
”3-cü pilot layihənin konsepsiyası – Zəyəmçay hövzəsi üzrə Aİ Daşqın Direktivinin icrası (Mərkəzi Kür Hövzəsi ərazisi, Azərbaycan)” layihəsi Hyman Dynamics Məsləhət Şirkətinin sifarişi ilə İqlim Ltd Tədqiqat və Məsləhət Şirkəti tərəfindən yerinə yetirilmişdir.
- Daşqın Təhlükəsinin ilkin qiymətləndirilməsi; insan sağlamlığı və həyatı, ətraf mühit, mədəni irs və iqtisadi fəaliyyətə təsirlər.
- Risklərin qiymətləndirilməsi: Bu qiymətləndirmədə əldə olunan məlumat əhəmiyyətli risk sahələrini müəyyən, daha sonra daşqın təhlükə və risk xəritələrini modelləşdirməkdə istifadə olunacaq. Bu xəritələrə daşqın həcmi, üç risk ssenarisi (yüksək, orta və aşağı ehtimalı) üçün dərinlik və dərəcə haqqında ətraflı məlumat daxildir.
- Daşqın Riskinin İdarəetmə Planı: Bu o deməkdir ki, qərar qəbul edən şəxslər üçün daşqın riskinin xarakterini və parametrlərini müəyyən etmək. Daşqınlardan qorunmaq üçün idarəetmə planlarını təqdim etmək, hazırlıqlı olmaq üçün tədbirlərin təklif edilməsini yerinə yetirmək. Pilot layihə Azərbaycan ərazisində Mərkəzi Kür çayı hövzəsinin idarəetməsinin ilkin planı çərçivəsində inkişaf etmiş Tədbirlər Proqramına, əsaslanır.
Zəyəmçayın coğrafi mövqeyi Zəyəmçay hövzəsi Azərbaycan Respublikasının qərbində, Kiçik Qafqaz dağlarının şimal-şərq yamacında və Gədəbəy, Tovuz, Şəmkir rayonları ərazisində (Gəncə-Qazax iqtisadi rayonunda) yerləşir. Zəyəmçay Kür çayı hövzəsinə aiddir və onun sağ qolu sayılır. Çay Şahdağ silsiləsindən başlayır, Şəmkir su anbarına tökülür. Sutoplayıcı hövzəsinin sahəsi – 942 km² , Uzunluğu – 90 km. Çayın orta illik su sərfi 5.8 m3/s-dir.
Layihə üzrə aşağıdakı işlər yerinə yetirilmişdir
- Mövcud xəritələr toplanılıb və təhlil edilib – çay hövzəsini əhatə edən geoloji, geomorfoloji, bitki, meşə və torpaq strukturu.
- Çayın hidroloji rejimi haqqında tarixi və müşahidə məlumatları əldə edilib, baş vermiş daşqınların təbiəti haqqında arxiv və ədəbiyyat məlumatları toplanılıb.
- Çay hövzəsi üçün meteoroloji məlumatlar toplanılıb, çay axımında iqlim dəyişmələrinin rolu araşdırılıb və qiymətləndirilib.
- Çay hövzəsində əhalinin yerləşməsi, iqtisadi fəaliyyət, həssas təbiət və tarixi-mədəni abidələr haqqında məlumatlar toplanılmışdır, buda ki, bizə daşqınların
formalaşmasında və əksinə, əhalinin və iqtisadi fəaliyyətin mənfi təsirinin qiymətləndirməsinə
imkan vermişdir. Çay hövzəsi üçün daşqınlar təsir zonası xəritələri tərtib edilmişdir.- Qeyd olunan faktorlar nəticəsində toplanılmış məlumatların təhlili və hesablanması, ekstrimal daşqınlar yaradan (təbii və antropogen)faktorların təsnifatı və qiymətləndirilməsi, gələcəkdə gözlənilən təhlükəli daşqın ehtimalları hesablanılmış, müxtəlif ssenarilər üçüntəhlükəlilik kateqoriyaları, çayın uzununa boyu yerləşən yaşayış məntəqələri üçün daşqın ssenarilərinin parametrləri müəyyən edilmişdir.Çay hövzəsi üçün daşqın təhlükəsi və riski xəritələri tərtib edilmişdir.
- Zəyəmçаy Hövzəsində Daşqın Riskinin İdarəedilmə Planı işlənilmişdir: İnstitutsional və Təşkilati Tədbirlər; Daşqınların Monitorinqi və Erkən Xəbərdarlıq Sisteminin yaradılması üzrə tədbirlər; Daşqın risklərinin təsirini azaltmaq üçün Zəyəmçay və onun hövzəsindəqabaqlayıcı tədbirlər
Zəyəmçay ətrafındakı kəndlərdə əhali ilə görüşlər:
- Layihə üzrə aparılan tədqiqatlar aşağıdakı nəticələri əldə etməyə imkan vermişdir:
- Su rejiminə görə Zəyəmçay yaz-yay gursululuğu olan çaylar qrupuna aid edilir. Çayın əsas qida mənbəyini qar suları (28%), qrunt suları (43%), həmçinin yaz-yay və payız yağışı (29%) təşkil edir. Çayda daşqınlar yaz-yay aylarında baş verir. Daşqınlar zamanı çay dərəsinin ensiz dar yerlərində suyun səviyyəsi 2.0-2.5 m-ə qədər artır. 1963-cü ildə baş vermiş daşqın zamanı isə suyun səviyyəsi Ağbaşlar məntəqəsində 3,5 m çay dərəsinin bəzi yerlərində 3- 4 m-dən yüksək olmuşdur.
- Çayda ayrı-ayrı çoxsulu illərdə suyun səviyyəsinin kritik həddə çatan yüksək qalxması müşahidə edilir və nəticədə maddi ziyan vuran subasmalar olur. Qar ərimə və intensiv yağış hesabına Zəyəmçayda dağıdıcı daşqınlar 1954, 1957, 1959, 1963, 1964, 1968, 1981-1983, 1985, 1997, 2003, 2003-2004 və 2009-cü illərdə olmuş və ətraf ərazilərə xeyli ziyan vurmuşdur.
- Zəyəmçayın sutoplayıcı hövzəsində çay axımının əsas (80%) formalaşdığı ərazidə son 50 il üçün iqlim dəyişmələri baş vermişdir. Zəyəmçay hövzəsində ilin bütün fəsilləri üzrə istiləşmə baş vermişdir, maksimal istiləşmə yay-payız (0,8-1,2⁰C) aylarında, minimal isə qış mövsümündə (0,27⁰C) baş vermişdir, il ərzində isə temperaturun 0,70C artımı müşahidə edilmişdir.
- İqlim dəyişmələrinin Zəyəmçayın axımına təsirləri vardır və mövsümə görə bu təsirlər belədir: 1) Qış mövsümündə yağıntıların azalmasına baxmayaraq, çay axımında 19% artım müşahidə edilmişdir. Bu qış fəslinin isti keçməsi və qar örtüyünün əriməsi, müvafiq olaraq çay axımının artmasına səbəb olmuşdur. 2) İlin yaz və yay fəsillərində yağıntıların az düşməsi çay axımının 7-19% azalmasına səbəb olmuşdur. 3) Ümumən iqlim dəyişmələri nəticəsində Zəyəmçayın illik axımı (su ehtiyatı) 8% azalmışdır.
- Çay və onun qolları boyu yerləşən yaşayış əraziləri üçün tarixi daşqınların əsas parametrləri (su səviyyəsi, dərinlik, suyun sürəti, su sərfi) hesablanmışdır. Hidroloji və hidroqrafik məlumatların təhlili əsasında interpolyasiya yolu ilə Zəyəmçayın uzununa boyu yerləşən yaşayış məntəqələri və həssas ərazilər üçün 1963-cü ildə baş vermiş maksimal daşqının əsas parametrləri də müəyyən edilmişdir. Çay boyu suyun səviyyəsi maksimal daşqın zamanı 2-4 m arasında yüksəlmişdir, bu zaman çayda su sərfi 310-380 m3/san olmuşdur. Bu da orta su sərfindən 60 dəfə yüksəkdir. Təhlil olunmuş daşqın məlumatları əsasında çay hövzəsinin “Daşqınların təsir zonası xəritəsi”, 1:25 000 miqyasda GİS formatında xəritə tərtib edilmişdir.
- Zəyəmçay hövzəsində, çayın axma istiqamətində baş vermiş daşqınların inzibati rayonlar üzrə təsirlərinin qiymətləndirilməsi aparılmışdır. Araşdırmaların nəticələrindən məlum olmuşdur ki, Gədəbəy rayonunda 15, Tovuzda – 18, Şəmkirdə isə 7 kənd daşqınların təsirinə məruz qalırlar. Müxtəlif illərdə daşqınlar kəndlərin əhalisinə, təsərrüfatlarına ziyan vurmuşdur: Gədəbəy rayonunda 315 ailənin ev təsərrüfatı daşqınların təsirinəməruz qalmışdır. Tovuz rayonunda – 120-dən çox ailənin ev təsərrüfatı daşqınların təsirinə məruz qalmış, 1 nəfər həlak olmuşdur; Şəmkir rayonunda – 50-dən çox ailənin ev təsərrüfatı, yollar, körpülər, suvarma kanalları, neft və qaz magistral boru kəmərləri daşqınların təsirinə məruz qalmışdır.
Daşqın təhlükəsi və daşqın risklərinin qiymətləndirilməsi
1940-2013-cü illərin Hidroloji məlumatları təhlil edərək, daşqın axımının çoxillik dəyişkənliyi müəyyən edilmiş, daşqınların baş vermə ehtimalları hesablanılmışdır. Daşqınların başvermə ehtimallarının hesablanmış nəticələri bizə imkan vermışdir ki, daşqın ssenarilərini təsnif edək: aşağı ehtimallı daşqınlar – 200 ildə (ehtimal 0,5%) 1 dəfə, orta ehtimallı daşqınlar – 100 ildə (ehtimal 1%) 1 dəfə, yüksək ehtimallı daşqınlar – 20 ildə (ehtimal 5%) 1 dəfə, çox yüksək ehtimallı daşqınlar – 5 ildə (ehtimal 20%) 1 dəfə baş verməsi ehtimal olunan daşqınlardır. Bu ssenarilərə uyğun gələn daşqınların parametrlərini nəzərə alaraq onlar üçün daşqın təhlükəsi kateqoriyaları müəyyən edilmişdir. Bu parametrlər çay boyu yerləşən bütün yaşayış məntəqələri üçün hesablanmışdır.
- Qeyd olunan daşqın təhlükəsi kateqoriyalarına uyğun olaraq müxtəlif ssenarilər üzrə Zəyəmçay hövzəsi üçün 1:10 000 miqyasda GİSformatında “Daşqın təhlükəsi və riski xəritələri” tərtib edilmişdir. Bu xəritələr daşqın riski altında olan sahələrin müəyyən edilməsinə imkan yaratmışdır.
- Zəyəmçаy Hövzəsində Daşqın Riskinin İdarəedilmə Planı
1.İnstitutsional və Təşkilatı Təbdirlər
Su Ehtiyatlarının İnteqrasiyalı İdarə olunmasının (IWRM) mühüm prinsipi – su ehtiyatlarının vahid çay hövzəsində düzgün idarə olunmasıdır.
Zəyəmçay hövzəsində aparılan araşdırmalar göstərdi ki, Azərbaycanda çayların hələki hövzə prinsipi ilə idarə edilməsi mövcud deyildir. Azərbaycan qanunvericiliyi, ilk növbədə Su Məcəlləsi hövzədə su idarəçiliyinə, o cümlədən daşqın riskinin idarə olunması üçün lazımı əsas yaratmır. Nəticədə, yerli planlaşdırma, inteqrasiya olunmuş çərçivədə su və daşqınların idarə olunmasında qeyri-müəyyənlik yaranır. Müvafiq olaraq çayların su ehtiyatlarından istifadə, daşqın risklərinin qarşısının alınması, çay hövzələrində ekoloji tarazlığın saxlanılması üzrə cavabdehlik, məsuliyyət və öncədən düzgün qərarların verilməsi, səmərəli idarəetmənin yerinə yetirilməsi mümkün olmur.
Su ehtiyatlarının, o cümlədən çay hövzələrinin idarə edilməsindəki boşluqları aradan qaldırmaq üçün Azərbaycan Su Məcəlləsi və digər qanunvericilik aktlarında, dövlət idarəçiliyi üzrə qaydalarda çay hövzələrini inteqrasiyalı idarə edilməsi üçün dəyişiklikləredilməlidir və yeni əsaslar yaradılmalıdır. Bundan ötrü ETSN, FHN, Meliorasiya və Su Təsərrüfatı ASC, ekologiya ilə məşğul olan QHT-lər, elmi idarələr Su Ehtiyatlarının İnteqrasiyalı İdarə olunması (IWRM) barədə Azərbaycan Hökuməti və Parlamenti qarşısında qanunvericilik aktlarında dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürməlidirlər. ETSN bu məsələlərin təşkilində və sona çatdırılmasında əsas təşkilat olmalıdır.
2.Daşqınların Monitorinqi və Erkən Xəbərdarlıq Sisteminin yaradılması üzrə tədbirlər:
Erkən Xəbərdarlıq Sisteminin yaradılması Daşqın Risklərinin qabaqcadan qarşısının alınmasında ilk və ən vacib elementdir. Zəyəmçay hövzəsində yalnız onun orta axımında Ağbaşlar hidroloji məntəqəsi yerləşir, məntəqədə primitiv hidroloji ölçmə və müşahidə avadanlıqları vardır. Çay hövzəsinə yaxın meteoroloji stansiya isə Gədəbəydə yerləşir. Mövcud monitorinq sistemi erkən xəbərdarlıq üçün yetərli məlumatların əldə edilməsinə imkan vermir. Belə vəziyyət Azərbaycanın bütün çay hövzələri üçün xarakterikdir. Mövcud monitorinq stansiyaların sayı dağlıq hövzələrdə azdır və onlar müasir avadanlıq və cihazlarla təmin edilməmişlər. Odur ki, Zəyəmçay hövzəsində, o cümlədən digər dağ çayları hövzələrində müasir və çevik avadanlıqlarla təmin edilmiş monitorinq stansiyalarının quraşdırılması, mərkəzi xəbərdarlıq sisteminin yaradılması təxirəsalınmaz vəzifələrdir. Erkən xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi birbaşa ETSN-nin Milli Hidrometeorologiya Departamentinin vəzifələrinə aiddir.
- 3. Daşqın Risklərini azaltmaq üçün Tədbirlər:
Zəyəmçay hövzəsində daşqınların təsirlərinin qiymətləndirilməsi, daşqın zonasında aparılan araşdırmalar, eyni zamanda yerli hökumət idarələrində keçirilən görüşlər və toplanan məlumatlar aşkar etdi ki, ehtimal olunan ekstrimal daşqınların neqativ təsirlərinin qarşısının alınması üçün hələ bir çox tədbirlər görülməlidir. Analoji problemlər Azərbaycanın digər dağ çayları üçün də xarakterikdir. Şübhəsiz ki, bu məsələlərin həlli yal nız Daşqın Risklərinin İnteqrasiyalı İdarə edilməsi, yəni bütün addımlar daxil olmaqla: daşqınların xəbərdarlıq sistemi, daşqınlardan müdafiə, daşqınlara hazırlıq, fövqəladə hallara hazır olmaq, daşqınların vurduğu ziyanı aradan qaldırmağa reaksiya (reabilitasiya tədbirləri) vermək və s. tədbirləri görülməklə idarə edilməlidir.
Gələcəkdə Zəyəmçay hövzəsində sosial-iqtisadi sahədə fəaliyyət: evlərin, yolların, körpülərin, otellərin, istirahət mərkəzlərinin inşası, əkin sahələrinin genişləndirilməsi, boru kəmərlərinin və su kanallarının inşası, sudan istifadə, çay dərəsində tikinti materialları istehsalı və s. yerinə yetirilməsi, daşqın rejimi, çay dərələrinin hidromorfologiyası, ekoloji xüsusiyyətləri nəzərə alınmaqla planlı şəkildə yerinə yetirilməlidir. Planlaşdırma və icra administrativ sərhədlər daxilində deyil, hövzə prinsipinə əsaslanmalıdır. Bu gələcəkdə daşqınların vuracağı ziyanı azaltmağa və hövzədə ekoloji tarazlığı qorumağa kömək edəcəkdir.
Layihə çərçivəsində daşqın riskinin azaldılması üçün konkret tədbirlər Zəyəmçay boyu yerləşən yaşayış məntəqələri və sosial–iqtisadi obyektlər üçün təklif edilmişdir. Onlardan bir neçəsi nümunə olaraq, aşağıdakı xəritələrdə təqdim edilir. Hövzədə sosial-iqtisadi fəaliyyətin planlaşdırılması Gədəbəy, Tovuz, Şəmkir RİH-ləri əlaqəli şəkildə FHN və ETSN-lə razılaşdırılmış şəkildə yerinə yetirməlidirlər.
- Layihə qrupu: C.f.d. M.Mənsimov, C.f.d. M.Musayeva, Tex.f.d. G.Məmmədova, Tex.f.d. E.Alıyev, Z.Mehralıyeva