Haqqımızda

“İqlim LTD” ММC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət ətraf mühit sahələri üzrə mühəndislik, tədqiqat, layihələrin inkişaf etdirilməsi, təmizləmə və bərpa işləri xidmətləri göstərir:

► “İqlim LTD” ММC ətraf mühitin dəyişilikləri və problemləri həllində ixtisaslaşmış çoxsahəli və dinamik tədqiqat, məsləhət və mühəndislik üzrə şirkətdir. Sahələrarası işlər üzrə ekspertlər və mühəndislər, şirkətin davamlı və yüksək keyfiyyətli məsləhətləri ilə hər zaman müştərinin maraqları və ətraf mühit arasındakı balansı araşdırırlar;

► Xidmətlər layihə təyini (dəstəkləyən məsləhət siyasəti, strateji qeydlər), texniki-iqtisadi əsaslandırma (ilkin) fazası (texniki-iqtisadi tədqiqatlar, ərazidə tədqiqatlar, Ətraf mühitin Strateji Qiymətləndirməsi, risklərin qiymətləndirilməsi, satınalmaya dəstək və s.), layihə mərhələsi (hərtərəfli mühəndislik, texniki xüsusiyyətlər, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi, icazə və s.) və işlərin icrası zamanı nəzarət və monitorinq kimi müəyyən istiqamətləri əhatə edir;

► Davamlı təşkilat olaraq məqsədimiz – göstərdiyimiz xidmətlər sahəsində müştərilərimizə və biznesimizin inkişafı yolunda sosial, ekoloji və iqtisadi dəyərlərin yaradılmasıdır.