«İQLİM Ltd» MMC

“İqlim Ltd” MMC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət ətraf mühit sahələri üzrə mühəndislik, tədqiqat, layihələrin inkişaf etdirilməsi, təmizləmə və bərpa işləri xidmətləri göstərir:

► «İqlim Ltd» MMC ətraf mühitin dəyişilikləri və problemləri həllində ixtisaslaşmış çoxsahəli və dinamik tədqiqat, məsləhət və mühəndislik üzrə şirkətdir. Sahələrarası işlər üzrə ekspertlər və mühəndislər, şirkətin davamlı və yüksək keyfiyyətli məsləhətləri ilə hər zaman müştərinin maraqları və ətraf mühit arasındakı balansı araşdırırlar;

► Xidmətlər layihə təyini (dəstəkləyən məsləhət siyasəti, strateji qeydlər), texniki-iqtisadi əsaslandırma (ilkin) fazası (texniki-iqtisadi tədqiqatlar, ərazidə tədqiqatlar, Ətraf mühitin Strateji Qiymətləndirməsi, risklərin qiymətləndirilməsi, satınalmaya dəstək və s.), layihə mərhələsi (hərtərəfli mühəndislik, texniki xüsusiyyətlər, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi, icazə və s.) və işlərin icrası zamanı nəzarət və monitorinq kimi müəyyən istiqamətləri əhatə edir;

► Davamlı təşkilat olaraq məqsədimiz – göstərdiyimiz xidmətlər sahəsində müştərilərimizə və biznesimizin inkişafı yolunda sosial, ekoloji və iqtisadi dəyərlərin yaradılmasıdır.

STRATEJİ BAXIŞ:

IQLIM-in məqsədi şirkəti ekoloji xidmətlər sahəsində dünyada məşhur etməkdir. Biz müştərilərimiz, işçilərimiz və maraqlı tərəflərimizin üstünlük verdiyi tərəfdaşı olmaq niyyətindəik. Su, hava və torpaq kimi fundamental elementləri bərpa etmək və qorumaq üçün işləməyə hər zaman hazırıq.

MƏQSƏDİMİZ:

Məqsədimiz ətraf mühitə təsirləri azaldan, biomüxtəlifliyin qorunmasını və insan fəaliyyəti ilə təbiət arasında ahəngdar münasibətləri təşviq edən həllər hazırlamaq və həyata keçirməklə daha sağlam planetə töhfə verməkdir.

DƏYƏRLƏR:

  • Ətraf Mühitin Mühafizəsi
  • Dayanıqlıq
  • Yenilik
  • Dürüstlük
  • Əməkdaşlıq
  • İcma ilə əlaqə
  • Şəffaflıq
  • Məsuliyyət
  • Davamlı inkişaf