MƏSLƏHƏT XİDMƏTLƏRİ
“Iqlim” LTD müxtəlif sahələrdə tədqiqat, mühəndislik və məsləhət, layihələrin inkişaf etdirilməsi fəaliyyətlərini həyata keçirir.
“Iqlim” LTD-də yüksək səviyyəli ekspertlər və mühəndislər çalışırlar, onlar geniş mənada müştərilərin maraqları ilə ətraf mühit arasında balansın yaranması, davamlı inkişafın təmin edilməsi barədə daima axtarışdadırlar.
“Iqlim” LTD layihələrin müəyyən edilməsi mərhələsindən başlamış (dəstək məsləhəti, strateji qeydlər), texniki-iqtisadi qiymətləndirmə (texniki-iqtisadi tədqiqat, sahənin öyrənilməsi, strateji ətraf mühit və risklərin qiymətləndirilməsi və s.), layihələndirmə (təfsilatlı mühəndis, texniki cəhətdən ixtisaslaşdırılmış, ətraf mühitə təsirlərin qiymətləndirilməsi, icazələrin əsaslandırılması), işlərin icrası zamanı nəzarət və monitorinqin aparılması mərhələlərinə aid olan xidmətlərin göstərilməsini yerinə yetirir.
Layihələrə münasibətdə “Iqlim” LTD dünyanın qabaqcıl ixtisaslaşmış şirkətləri və onların məsləhətçiləri ilə, həmçinin təcrübəli yerli ekspert və şirkətlərlə yaxından əməkdaşlıq edirlər. Qazanılmış təcrübələr əsasən Dünya Bankı, xarici şirkətlər, mili təşkilatlar çərçivəsində yerinə yetirilmiş layihələrdə əldə edilmişdir.