MƏSLƏHƏT XİDMƏTLƏRİ

“Iqlim” LTD müxtəlif sahələrdə tədqiqat, mühəndislik və məsləhət, layihələrin inkişaf etdirilməsi fəaliyyətlərini həyata keçirir. “Iqlim” LTD-də yüksək səviyyəli ekspertlər və mühəndislər çalışırlar, onlar geniş mənada müştərilərin maraqları ilə ətraf mühit arasında balansın yaranması, davamlı inkişafın təmin edilməsi barədə daima axtarışdadırlar. “Iqlim” LTD layihələrin müəyyən edilməsi mərhələsindən başlamış (dəstək məsləhəti, strateji qeydlər), texniki-iqtisadi qiymətləndirmə (texniki-iqtisadi tədqiqat, sahənin öyrənilməsi, strateji ətraf mühit və risklərin qiymətləndirilməsi və s.), layihələndirmə (təfsilatlı mühəndis, texniki cəhətdən ixtisaslaşdırılmış, ətraf mühitə təsirlərin qiymətləndirilməsi, icazələrin əsaslandırılması), işlərin icrası zamanı nəzarət və monitorinqin aparılması mərhələlərinə aid olan xidmətlərin göstərilməsini yerinə yetirir. Layihələrə münasibətdə “Iqlim” LTD dünyanın qabaqcıl ixtisaslaşmış şirkətləri və onların məsləhətçiləri ilə, həmçinin təcrübəli yerli ekspert və şirkətlərlə yaxından əməkdaşlıq edirlər. Qazanılmış təcrübələr əsasən Dünya Bankı, xarici şirkətlər, mili təşkilatlar çərçivəsində yerinə yetirilmiş layihələrdə əldə edilmişdir.

“İqlim Ltd” MMC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət ətraf mühit sahələri üzrə mühəndislik, tədqiqat, layihələrin inkişaf etdirilməsi, təmizləmə və bərpa işləri xidmətləri göstərir:

► «İqlim Ltd» MMC ətraf mühitin dəyişilikləri və problemləri həllində ixtisaslaşmış çoxsahəli və dinamik tədqiqat, məsləhət və mühəndislik üzrə şirkətdir. Sahələrarası işlər üzrə ekspertlər və mühəndislər, şirkətin davamlı və yüksək keyfiyyətli məsləhətləri ilə hər zaman müştərinin maraqları və ətraf mühit arasındakı balansı araşdırırlar;

► Xidmətlər layihə təyini (dəstəkləyən məsləhət siyasəti, strateji qeydlər), texniki-iqtisadi əsaslandırma (ilkin) fazası (texniki-iqtisadi tədqiqatlar, ərazidə tədqiqatlar, Ətraf mühitin Strateji Qiymətləndirməsi, risklərin qiymətləndirilməsi, satınalmaya dəstək və s.), layihə mərhələsi (hərtərəfli mühəndislik, texniki xüsusiyyətlər, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi, icazə və s.) və işlərin icrası zamanı nəzarət və monitorinq kimi müəyyən istiqamətləri əhatə edir;

►  Davamlı təşkilat olaraq məqsədimiz – göstərdiyimiz xidmətlər sahəsində müştərilərimizə və biznesimizin inkişafı yolunda sosial, ekoloji və iqtisadi dəyərlərin yaradılmasıdır.