Böyükşor gölünün bərpası layihəsi, II Mərhələ – 2017-2018
Böyükşor gölünün bərpası layihəsi 2014-cü ildə həyata keçirilən 1-ci fazadan etibarən üç əsas hissəyə bölünmüşdür: Şimal gölü, Qərb gölü və Şərq gölü. Böyükşor gölünün qərb hissəsinin bərpası layihəsinin ərazisi 518 ha (460 ha su + 58 ha quru sahə) təşkil edir.
Layihənin əsas məqsədi – Böyükşor gölünün qərb hissəsini bərpa etməkdir.
Layihənin başqa bir məqsədi Qərb gölünün gələcəkdə ərazi üçün faydalı olmasını təmin edəcək formada gölün ətraf mühitlə bağlı, ekoloji və estetik vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.
Bu məqsədlərə çatmaq üçün, xüsusilə, mühəndislik və layihələndirmə sahələrində texniki-iqtisadi əsaslandırma işlərinin aparılması tələb olunur.
Qərb gölünün bərpası layihəsi bir neçə əsas hissəyə bölünmüşdür:
Hazırlıq işləri, əsas çirklənmiş yerlər, sahil torpaqlarının bərpası
Qərb gölünün qismən doldurulması (52 ha)
Gölün dib çöküntülərinin qazılıb çıxarılması
Çirklənmiş axınlara qarşı şimal sahilində sututucu sistem (qrunt sularına qarşı divar bəndi və drenaj sistemi)
Şimal bəndinin bərpası
Su balansı və gölə daxil olan müxtəlif çirklənmiş su axınları – tullantı suların gölə tökülmə nöqtələri, qrunt suları və Şimal gölündən gələn axınlarla Qərb gölünün suyunun keyfiyyəti
Hər bir hissə üçün müxtəlif qazma və zondlama işləri və təhlil proqramları ilə spesifik sahə proqramı həyata keçirilmişdir.
Alınan nəticələr gölün əsas istifadə məqsədləri üzrə sağlamlıq riski hədləri ilə bağlı təhlil edilmişdir.