“İqlim Ltd” MMC və Hollandiyanın Witteveen+Bos şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Sentyabrın 19-da “Sukanal” ETLİ-də “İqlim Ltd” MMC və Hollandiyanın Witteveen+Bos şirkətlərinin nümayəndələri ilə  Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanmasına həsr olunmuş görüş keçirilib.

Əvvəlcə “İqlim Ltd” MMC-nin direktoru Mirzəxan Mənsimov Şuşa şəhərinin içməli su mənbələrində apardıqları tədqiqatların nəticələri haqqında qısa təqdimatla çıxış etdi.

Sonra Hollandiyanın Witteveen+Bos şirkətlərinin nümayəndələri Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı su təchizatı və tullantı suların kənarlaşdırılması sistemlərinin idarə edilməsi ilə bağlı hazırladıqları layihələri iştirakçıların diqqətinə çatdırdılar.

Sonda çıxışlar ətrafında geniş fikir mübadiləsi aparıldı.