Böyükşorgölü, Şimal sahili

Böyükşor gölü, Şimal sahili və Şimal tutucu gölün bərpası Layihəsi 2016-2017

Layihə ərazi  Böyükşor gölünün şimalsahilində yerləşən quru sahəsini və gölün Şimal Bəndinin arxasında qalan su sahəsini əhatə edir.

Layihənin məqsədi Böyükşor gölünün şimal sahili və şimal bəndin arxa hissəsinin neftlə çirklənmiş, ümumi ərazisi təqribən 130 ha  olan sahənin təmizlənməsi və bərpası,  ətraf mühitin yaxşılaşdırılması, Böyük Şor gölünün Şimal sahilinin ekoloji vəziyyətinin və estetik görünüşünün gələcəkdə əraziyə gözəllik qatacağı şəkildə inkişaf etdirilməsidir.

Qarşıda qoyulmuş məqsədə uyğun olaraq, Şimal tutucu göl təmizlənməli, Böyükşor gölü bərpası layihəsinin I fazasındakı inşa olunmuş Şimal bənd isə gələcəkdə göl sahilinə çevrilməlidir. Ümumilikdə layihə ərazisi elə bir səviyyəyə çatdırılmalıdır ki, gələcəkdə bu torpaqlar müasir şəhər yaşayış məhəllələrinin salınmasında istifadə olunsun. Bu məqsədlə risk olunan səviyyəyə kimi çirklənmiş təbəqə kənarlaşdırılmalı və ya zərərsizləşdirilməlidir. Su və quru arasında, o cümlədən təbiət, həyat və funksional istifadə arasında müəyyən əlaqə yaradılmalıdır. Bundan əlavə, gölün şimal hissəsi və şimal sahilinə cazibədar və landşat dizaynına uyğun görkəm verilməlidir. Göl suyunun keyfiyyətliliyini təmin etmək və onu uzun müddət saxlamaq üçün əlavə tədbirlər görülməlidir.

Sadalanan məqsədlərə çatmaq üçün ilk növbədə ərazidə mühəndislik və layihələndirmə, texniki-iqtisadi əsaslandırma işlərinin aparılması qərara alınmışdır.