Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı su təchizatı siteminin idarə edilməsi, 2021-2023

Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı su təchizatı siteminin idarə edilməsi, 2021-2023
Mətn – Azərbaycan Ordusu tərəfindən 8 noyabr 2020-ci ildə 28 illik erməni işğalından azad olunmuş Şuşa şəhərində və Daşaltı qəsəbəsində intensiv bərpa-yenidənqurma işləri həyata keçirilir. Şuşa şəhərinin yeni Baş Planı Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sifarişi ilə Böyük Britaniyanın “Chapman Teylor” şirkəti tərəfindən hazırlanmışdır. Eyni zamanda, Azərbaycanın “Feniks AA” şirkəti tərəfindən Daşaltı qəsəbəsinin Baş Planı hazırlanmışdır. Baş planlara uyğun olaraq, Şuşa şəhərində 25,000, Daşaltı qəsəbəsində isə 1,100 nəfər adamın məskunlaşması nəzərdə tutulmuşdur.
Baş Planların əhatə etdiyi ən vacib məsələlərdən biri Şuşa və Daşaltıda yüksək keyfiyyətli su təchizatı sisteminin bərpası və yenidən qurulması, su təchizatı və kanalizasiya şəbəkələrinin, habelə çirkab suların təmizlənməsi və yağış sularının idarə olunması sistemlərinin yenidən qurulmasıdır. Qeyd olunan məsələnin həlli məqsədilə Azərsu ASC tərəfindən “Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı su təchizatı sisteminin idarə edilməsi” layihəsi hazırlanaraq icrasına start verilmişdir. Layihənin məqsədi şəhəri keyfiyyətli su ilə təmin etmək üçün etibarlı və fasiləsiz sistemin, tullantı sularının toplanması və təmizlənməsi, yağış sularının axıdılması, eləcə də suyun vahid idarə edilməsi sisteminin yaradılmasından ibarətdir.